Kazanda 3 min nəfərlik iftar
Bizi izləyin

Dünya

Kazanda 3 min nəfərlik iftar

u gün axşam saat 20.00-da Tatarıstanın paytaxtı Kazanda 3 min nəfər adamın iştirak edəcəyi iftar süfrəsi təşkil ediləcək.

Publika.az-ın məlumatına görə, böyük iftar süfrəsi “Kazan-Arena” stadionunda keçiriləcək. Təşkilatçılar Tatarıstan Müsəlmanları Ruhani İdarəsi, Rusiya Federasiyası Müsəlman Sahibkarları Assosiasiyası və “Kazan-Arena” stadionun rəhbərliyidir.

İftara dəvət edilənlər arasında tatarıstanlılar və Rusiyanın digər bölgələrindən gələnlər də olacaq. Onlar üçün 1 tondan artıq plov bişiriləcək.

İftara qədər isə “Kazan-Arena” stadionunun media-fasadında müqəddəs Ramazan ayı ilə bağlı sosial çarxlar nümayiş etdiriləcək. İftardan sonra dindarların avtobuslarla nəqli planlaşdırılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm