• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Almaniya ilə ABŞ arasında casus qalmaqalı

  • Dünya
  • 8 İyul 2014 20:42
  • 465 Baxış
Almaniya ilə ABŞ arasında casus qalmaqalı

Almaniya ABŞ-la kəşfiyyat sahəsində əlaqələrini basqıya alıb.

Axar.az xəbər verir ki, Federal Xarici İşlər Nazirliyi ABŞ-ın Berlindəki səfirini Nazirlik binasına çağıraraq əlaqələrin pisləşəcəyi barədə xəbərdarlıq edib.

Almaniya Xarici Kəşfiyyat Təşkilatında vəzifəli şəxslərdən birinin ABŞ kəşfiyyatına məlumatlar sızdırması iki ölkə arasında böyük qalmaqal səbəb olub.

Almaniya hökumətinin bu ölkəyə qarşı ən sərt reaksiyası isə Berlində keçirilən ABŞ-ın müstəqilliyinin qeyd edildiyi mərasimə nümayəndə göndərməməsi olub. Bu olaydan sonra AB-ABŞ arasında gerçəkləşən Ticarət və İnvestisiya Sazişi ilə bağlı görüşlər də arxa plana keçib.

Almaniya Baş naziri Angela Merkel məsələ ilə bağlı münasibətində çox ciddi hadisə ilə qarşı-qarşıya olduqlarını bildirib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR