• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

"Ukraynanın şərqində vəziyyət nəzarət altındadır"

  • Dünya
  • 8 İyul 2014 20:55
  • 324 Baxış
"Ukraynanın şərqində vəziyyət nəzarət altındadır"

Ukrayna hökuməti Luqansk və Donetsk aeroportunun Ukrayna silahlı qüvvələrinin tam nəzarəti altında olduğunu bildirib.

Publika.az-ın məlumatına görə, bu haqda Ukrayna Müdafiə Nazirinin müavini Pyotr Mexed bildirib.

O qeyd edib ki, silahlı qüvvələr aeroportların ərazisində təhlükəsizliyi təmin etməyə və sakinlərin rahat gedib-gəlməsinə nəzarət edirlər. Pyotr Mexed Ukrayna hərbçilərini "qəhrəman" adlandırıb.

"Döyüş əhval-ruhiyyəsi orada yaxşıdır, hərbçilər sonuna kimi qarşıya qoyulan tapşırığı yerinə yetirməyə kökləniblər. Rəhbərlik bacardığı hər şeyi edəcək ki, hərbçilərimiz məsələni tam yerinə yetirmək üçün etibarlı müdafiəyə malik olsunlar", - deyə Mexed bıldirib.


Pyotr Mexed

Xəbər lenti

DAHA ÇOX XƏBƏR