"İŞİD"in gürcü lideri islamı necə qəbul edib?
Bizi izləyin

Dünya

"İŞİD"in gürcü lideri islamı necə qəbul edib?

İŞİD" terrorçu qruplaşmasının liderlərindən biri olan Umar Şişaninin atası oğlunun iş tapa bilməməsi səbəbindən İslamı qəbul etdiyini bildirib.

ANS PRESS-in məlumatına görə, Timur Batiraşvili hazırda Suriyanın şimalında qruplaşmanın döyüşçülərinə rəhbərlik edən oğlu ilə əlaqə saxlamır. Şişaninin rəhbərliyi altında əsasən Türkiyədən və keçmiş SSRİ-dən gəlmələr vuruşurlar.

Timur Batiraşvili oğlunun xaçpərəst kimi tərbiyə edildiyini, ancaq altı il əvvəl gürcü ordusunda qulluq etdikdən sonra onun radikal musəlmanlara qoşulduğunu qeyd edib. Onun sözlərinə görə, oğlu sağlamlığı ilə bağlı orduda xidməti yarımçıq tərk edib və o, heç bir yerdə iş tapa bilməyib.

Ailə Çeçenistan Respublikası ilə sərhəd olan Gürcüstanın kasıb rayonunda yaşayıb. Batiraşvilinin sözlərinə görə, bu rayonda yaşamış islam vaizləri onun oğulunun "beynini yeyib".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm