• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Rasmussen: "Lazımi addımlar atılacaq"

  • Dünya
  • 8 İyul 2014 22:55
  • 234 Baxış
Rasmussen: "Lazımi addımlar atılacaq"

ABŞ Prezidenti Barak Obama NATO-nun Baş katibi Anders Rasmussenlə görüşüb.

Axar.az xəbər verir ki, Rasmussenlə Obama arasında keçirilən görüş Ağ Evdə baş tutub. Rasmussen Obamaya NATO daxilində liderliyi boynuna götürdüyü üçün xüsusi təşəkkür edib.

NATO lideri ABŞ-ın Rusiyanın Ukraynadakı addımlarına qarşı göstərdiyi kəskin reaksiyaya görə də Obamaya minnətdarlıq bildirib.

Rasmussen Uels sammitində NATO-nun hər cür təhdidə qarşı hazırlıqlı olması üçün lazım olan addımların atılacağını vurğulayıb.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR