Ukraynada qarşıdurma yaradanlar cəzalanacaq
Bizi izləyin

Dünya

Ukraynada qarşıdurma yaradanlar cəzalanacaq

Ukrayna prezidenti Petro Poroşenko "Separatizmin maliyyələşdirilməsi üçün cinayət məsuliyyəti haqqında Ukraynanın Cinayət məcəlləsinə dəyişikliklərin daxil etməsi haqqında" qanunu imzalayıb.

Publika.az-ın məlumatına görə, Ukrayna prezidentinin rəsmi saytı bu haqda xəbər yayıb.

Qanunda bildirilir ki, dövlət sərhədlərinin dəyişikliyinə yönəldilmiş hərəkətlərin maliyyələşdirilməsi üç ildən beş ilə qədər azadlıqdan məhrum edilməklə cəzalandırılır.

Bu arada Ukrayna prezidenti Poroşenko bildirib ki, Donetsk vilayət əhalisinin nümayəndələriylə Donbasın sonrakı taleyi haqqında danışıqlara hazırdır.

"Ukrayna prezidenti Petro Poroşenko bildirdi ki, o, hamıyla Donetskin sonrakı taleyi haqqında siyasi dialoqa hazırdır", - prezidentin saytında deyilir.

Prezident vurğulayıb ki, danışıqlar Donetskin əsl sahibləriylə olmalıdır: "Metallurqlar, şaxtaçılar, bəzi insanlar - hansılar ki, bu gün ən böyük gücü təmsil edirlər, amma silahın gücüylə geri sıxılmışdılar".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm