İsrailin Baş naziri oğlu öldürülən fələstinliyə zəng etdi
Bizi izləyin

Dünya

İsrailin Baş naziri oğlu öldürülən fələstinliyə zəng etdi

İsrailin Baş naziri Benyamin Netanyahu bazar ertəsi fələstinli gəncin diri-diri yandırılaraq qətlə yetirilməsini iyrənc adlandırıb.


Axar.az CNN-ə istinadən xəbər verir ki, Netanyahu 16 yaşlı gəncin atası Hüseyn Əbu Kədair ilə telefonla əlaqə saxlayıb və qatillərin məhkəməyə gətirilərək qanunla tam cəzalandıralacağına təminat verib.


Bu haqda danışan Əbu Kədair deyib ki, həmin vaxt yorğun olduğu üçün kiminlə danışdığını ayırd edə bilməyib: “Netanyahu ilə danışdığımı xatırlamıram”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm