Milliyyətcə kürd olan keçmiş bələdiyyə sədrinə iki il həbs
Bizi izləyin

Dünya

Milliyyətcə kürd olan keçmiş bələdiyyə sədrinə iki il həbs

Diyarbəkirin keçmiş bələdiyyə sədri Osman Baydəmir baş naziri təhqir etdiyi üçün iki il azadlıqdan məhrum olması tələbi ilə məhkəməyə verilib.

Publika.az “Ahaber”ə istinadən xəbər verir ki, Diyarbəkirin keçmiş bələdiyyə sədri, milliyətcə kürd olan Osman Baydəmir 2012-ci ildə Van bələdiyyə sədri Bəkir Qayanın da həbs olunduğu KCK əməliyyatından sonra açıqlama vermişdi. Baydəmirin açıqlamasında baş nazir R.T.Ərdoğanı təhqir etdiyi iddia edilib.

Van Respublika Prokurorluğu “vəzifəli dövlət qulluqçusunu təhqir etmək” ittihamı ilə iki il azadlıqdan məhrum olunmasını tələb edib.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm