Əskinazda çılpaq kişi təsviri deputatı narahat edir (FOTO, VİDEO)
Bizi izləyin

Dünya

Əskinazda çılpaq kişi təsviri deputatı narahat edir (FOTO, VİDEO)

Rusiyada 100 rublluq əskinazın üzərində təsvir olunan yunan mifologiyasına görə incəsənət və od tanrısı hesab edilən Apollonun şəkli bəzi qanunvericilər arasında narahatlıq doğurub.

Narahatlığa səbəb Apollonun şəkildə yarıçılpaq təsvir olunmasıdır. Rusiya dumasının üzvü Roman Xudyakov şəklin pornoqrafik olduğunu və uşaqların əxlaqına pis təsir etdiyini bildirib.


“Məktəbin dəhlizində gedərkən bir oğlanla qızın pula diqqətlə baxdığını gördüm. Bir qədər sonra qız, “görürsənmi, sənə demişdim, cinsi orqanı görünür” - deyə qışqırmağa başladı. Hadisədən şoka düşmüşdüm”.


Millət vəkili şəklin dərhal dəyişdirilməsini istəyib və əvəzinə Krımın Sevastopol şəhərindəki batmış gəmilərin heykəllərini təsvir etməyi təklif edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm