Yenokyan: ”ATƏT hadisələrə təsir gücünü itirib, hər şey Rusiyanın əlindədir”
Bizi izləyin

Dünya

Yenokyan: ”ATƏT hadisələrə təsir gücünü itirib, hər şey Rusiyanın əlindədir”

Erməni politoloq Aqasi Yenokyan ATƏT-in Minsk qrupunun həmsədri Ceyms Uolrikin bəyanatını şərh edib.

Publika.az erməni mətbuatına istinadən xəbər verir ki, Yenokyan Uorliklə həmfikir olduğunu bildirib:

“Görünən odur ki, regionda status-kvo vəziyyəti yalnız Rusiya tərəfindən qorunur. Son vaxtlarda isə Rusiyanın hadisələrə təsiri, nüfuzu xeyli artıb. Bu isə təhlükəlidir. İstənilən vaxt Rusiya öz maraqlarına uyğun olaraq vəziyyəti dəyişə bilər – məsələn, Azərbaycanı Gömrük İttifaqına cəlb etmək üçün Qarabağdakı ərazilərin qaytarılması istiqamətində. Onda hərbi əməliyyatlar qaçılmaz olacaq.

ATƏT isə formal olaraq hadisələrə təsir gücünü itirib. Elə Fransa və Amerika kimi”.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm