Multimilyonçu arvadı ilə dalaşdı, özünü atdı - FOTO
Bizi izləyin

Dünya

Multimilyonçu arvadı ilə dalaşdı, özünü atdı - FOTO

Hindistanın ən böyük avtomobil istehsalçısı olan Tata Motors konserninin icraçı direktoru Karl Slimin Tailandın paytaxtı Banqkokda həlak olmasının təfərrüatları aşkarlanıb.

Milli.Az Hindustan Times-a istinadən bildirir ki, 51 yaşlı britaniyalı top-menecer Banqkokdakı "Shangri-La" otelinin eyvanından hələlik naməlum səbəblərdən düşüb. "Tata"nın yerli bölməsinin direktorlar şurasının toplantısında iştirak etmək üçün Banqkokda olan K.Slimi xanımı Salli müşayiət edirdi.

Əvvəllər Toyota və General Motors avtokonsernlərində çalışmış Karl Slim 2012-ci ilin oktyabrından bəri Tata-da işləyirdi. O, konsernin daxili və xarici bazarlardakı əməliyyatlarına rəhbərlik edirdi.

Polisdən verilən məlumata görə, Karl Slim eyvandan təsadüfən düşməyib. O, arvadı Salli ilə mübahisə edib və bu dartışma 5 saat sərasər davam edib.

"Cənab Slimin qaldığı otel nömrəsindən aşağı düşmək mümkün deyil. Bu səbəbdən də onun intihar etməsi versiyası daha məntiqidir", - Banqkok polisi bildirib.

Multimilyonçu K.Slimin intihar xəbəri yayılandan sonra Tata Motors-un səhmləri 6 faiz ucuzlaşıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm