Ana 6 övladını öldürdü
Bizi izləyin

Dünya

Ana 6 övladını öldürdü

ABŞ-da bir ana 6 övladını qətlə yetirib.


ANS PRESS-in məlumatına görə, Yuta ştatında övladlarını öldürən qadın daha sonra onların meyitini qarajda gizlədib.


Polisin araşdırmaları nəticəsində məlum olbu ki, 39 yaşlı Meqan Hantsmen narkotik aludəçisi olub. O, 1996 və 2006-cı illər arasında anadan olmuş 6 övladını boğaraq öldürüb. Məsələ burasındadır ki, qadın narkotik istifadəçisi olduğuna görə, övladları dünyaya qüsurlu gəlib. Qadın polisə ifadəsində onlara baxmaqdan, qulluq etməkdən bezdiyini deyib. Polis qaraja baxış keçirən zaman 7-ci ölü uşağı da aşkarlayıb. Meqan Hantsmen narkotik istifadəçisi olduğuna görə, 7-ci uşaq ölü doğulub. Ölən 7 uşaqdan ikisi oğlan, beşi isə qız olub.


6 uşağın ölümündə təqsirli bilinən 39 yaşlı Meqan Hantsmenin iyulun 21-də məhkəməsi keçiriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm