• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Dəniz Səkini yaxalamaq üçün xüsusi komanda yaradıldı

  • Dünya
  • 9 İyul 2014 12:43
  • 595 Baxış
Dəniz Səkini yaxalamaq üçün xüsusi komanda yaradıldı

Narkotik ticarətinə görə 6 il həbsə məhkum edilən Dəniz Səki yoxa çıxıb. Polis məşhur müğənnini yaxalamaq üçün xüsusi komanda yaradıb.

Publika.az “Təqvim”ə istinadən xəbər verir ki, 44 yaşlı müğənni Dəniz Səki narkotik ticarəti ilə bağlı həbsə məhkum edilib. Lakin polis bir aydan çoxdur ki, Dəniz Səkini tapa bilmir. Hətta bir ara mətbuatda Dəniz Səkinin polisdən qaçdığına dair məlumatlar da gedib.

Xəbərə görə, polis getdiyi heç bir ünvanda müğənnini tapa bilməyib. Sürücüsünün də təslim olmasına baxmayaraq, Dəniz Səkidən xəbər-ətər yoxdur. İstanbul polisi Dəniz Səkini həbs etmək üçün çarəni xüsusi komanda yaratmaqda görüb. Belə ki, 10 mülki şəxsdən ibarət olan xüsusi komanda Dəniz Səkini ədalətə təslim etməyə çalışacaq.

Vüsal Tağı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR