“Avrasiya İttifaqına üzvlük belə erməniləri xilas etməyəcək”
Bizi izləyin

Dünya

“Avrasiya İttifaqına üzvlük belə erməniləri xilas etməyəcək”

“Avrasiya İttifaqına üzvlük belə Rusiyada erməni miqrantlarını xilas etməyəcək”.

Publika.az-ın verdiyi xəbərə görə, bu sözləri Rusiya Federasiyası Prezidenti yanında Vətəndaş Cəmiyyəti İnstitutlarının İnkişafı üzrə Şuranın üzvü, hüquq müdafiəçisi Svetlana Qannuşkina deyib.

Xatırladaq ki, bu günlərdə Ermənistan hökuməti Rusiya ilə bağladığı iki razılaşmanı təsdiq edib. Bunlardan biri Ermənistan vətəndaşlarına 30 gün ərzində hər hansı qeydiyyatsız Rusiyada yaşamaq imkanı verir. İkinci razılaşma isə Ermənistan vətəndaşlarının bir il ərzində iş icazəsi almadan Rusiya ərazisində işləyə bilməsini nəzərdə tutur. Bunun üçün yalnız işə götürənlə müqaviləni bağlanmalıdır.

S.Qannuşkina sözügedən sənədləri əhəmiyyətli adlandırsa da, Rusiyada sistem problemlərinin olduğunu bildirir.

Ermənistanın Avrasiya İttifaqına üzvlüyündən sonra erməni miqrantlarının Rusiyadakı problemlərinin həll edilib-edilməyəcəyinə gəlincə, S.Qannuşkina bu məsələdə nikbin düşünmür: “Problemlər onsuz da olacaq. Bir halda ki, qüvvədə olan qanunlar mənasızdır. Ən kiçik pozuntulara görə miqrantlar cərimələnir və Rusiyaya giriş hüququndan məhrum olurlar. Bu cəfəngiyatdır. Daha bir məsələ isə odur ki, miqrant Rusiyaya giriş hüququndan məhrum edilirsə, problemi onun özü həll etməlidir. Burada isə korrupsiya riskləri yaranır”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm