Dünya
Sərkisyan bu dəfə Argentinaya körpü olmaq istədi
Latın Amerikası ölkələrinə səfərə çıxan Ermənistan prezidenti Serj Sərkisyan Argentinada maraqlı bir vasitəçilik missiyası ilə çıxış edib. O bildirib ki, Ermənistan Gömrük Şurası və MDB ölkələri ilə Argentinanı bağlaya bilər.
Publika.az-ın verdiyi xəbərə görə, erməni ekspert Akop Badalyan onun bundan əvvəl də oxşar təkliflərlə çıxış etdiyini xatırladır.
Belə ki, Ermənistan prezidenti Avstriya və Gürcüstan səfərlərində, həmçinin Fransa prezidenti ilə görüşdə eyni təklifi səsləndirib. A.Badalyan qeyd edir ki, Ermənistan özünün sanki müstəqil siyasi-iqtisadi subyekt olmadığını hər addımda nümayiş etdirir: “Yerevana yalnız Gömrük Şurasına körpü kimi xidmət edəcəyini bildirmək qalır. Hərçənd, hansı ölkə Gömrük Şurası ilə ümumi sərhədləri olmayan dövlətdən sağlam ağılla körpü kimi istifadə edə bilər”.
Argentinalılar niyə Ermənistan vasitəsilə Gömrük Şurası ilə bağlanmalıdır? Serj Sərkisyan konkret nəyi təklif edir?
Erməni ekspertin sözlərinə görə, Avrasiya İttifaqı ətrafında Ermənistanloa bağlı baş verən son hadisələr fonunda Sərkisyanın bəyanatı olduqca qəribə görünür: “Ermənistan bir aydır ki, havadan asılı vəziyyətdədir. Ermənistanın Avrasiya İttifaqına üzvlüyü biabırçı şəkildə oktyabra qədər təxirə salınıb. Oktyabrda nə olacaq? Demək çətindir. Niyə belə bir ölkə prezidentinin bəyanatı ciddi olaraq qəbul edilməlidir? Argentinalılar yəqin ki, öz-özlərinə deyiblər: əvvəlcə siz özünüz Gömrük Şurası ilə əlaqələri qaydaya salın, bundan sonra başqalarını dəvət edin. Bundan başqa, Avrasiya İttifaqında nə var? Bu korrupsiya və ictimai resursların bədxərcliyi ilə inşa edilən dövlətlərin ittifaqıdır. Ermənistan dünyaya geridə qalmış bir sistemlə əlaqələri təklif edir”.
“Ermənistan özünü natəmiz Avrasiya daxmasına dəhliz kimi təklif edir”, - sonda A.Badalyan deyib.
Ömər Dağlı
-
Nida Xəbər 07:50
Blinken Azərbaycanın kəndlərinin qaytarılması ilə bağlı razılaşmanı alqışladı
-
Magazin107:25
Azərbaycanlı aktrisa əzələlərini nümayiş etdirdi - FOTOLAR
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY