Suriya müxalifəti liderini seçdi
Bizi izləyin

Dünya

Suriya müxalifəti liderini seçdi

Suriya Müxalif və İnqilabi Güclər Milli Koalisiyası yeni liderini seçib.

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, vəzifədən ayrılan Əhməd Carbanı Səudiyyə Ərəbistana yaxın bir şəxs kimi tanınan Hadi Bahra əvəzləyib.

O, uzun illər Səudiyyə Ərəbistanında yaşayıb və ABŞ-da təhsil alıb.

İstanbulda toplanan Suriya müxalifəti 3 günlük konfransın sonunda yeni rəhbər seçmək üçün seçki keçirib. Keçirilən səsvermədə Hadi Bahra 62 səs qazanıb.

Hadi Bahra Cenevredə keçirilən son sülh danışıqlarda da Suriya müxalifətətinin nümayəndə heyətinə başçılıq etmişdi.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm