• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

“Hər kəsə, Ərdoğana kafir deyirlər” – Suriyada İŞİD dəhşətləri (Fotolar)

  • Dünya
  • 9 İyul 2014 13:33
  • 2 583 Baxış
“Hər kəsə, Ərdoğana kafir deyirlər” – Suriyada İŞİD dəhşətləri (Fotolar)

Suriyada vətəndaş müharibəsinin başlanmasından üç il yarım keçdi. “İraq Şam İslam Dövləti” ((İŞİD) artıq döyüşün ən əhəmiyyətli oyunçulardan biridir. Qarşılarına çıxan, özlərinə müxalif olan hər kəsi “kafir” adlandıraraq vəhşicəsinə öldürür.

İŞİD Suriyada türkmanların 100 kəndini ələ keçirib. İşğal etdiyi bir kənddə təslim olan doqquz nəfərdən dördünü öldürdülər. Onların kəsilən başlarını kənd meydanında gəzdirdilər. Vəhşilik yalnız bununla bitmir. İŞİD son bir aydır öldürdükləri insanları şəhərin izdihamlı yerlərində çarmıxa çəkir.

Publika.az-ın verdiyi xəbərə görə, Türkiyənin “Hürriyet” qəzetinin yazarı Serkan Ocak Suriyadakı İŞİD dəhşətləri barədə yazı dərc edib.

Serkan Ocak ən son 2013-cü ilin sentyabr ayında Suriyada olub.

“Bunlar kafirlərdir”

“Suriyanın şimalındakı Azez qəsəbəsinin türkman kəndlərini gəzdim. Bölgədə türkmanlarla yanaşı ərəb və kürd əhalisinin də olduğu yüzlərlə kənd var. Hər qrup öz kəndini qoruyur. Kürd əhalisinin olduğu yerlərdə Kürd Ali Şurasının silahlı qanadı olan Xalq Müdafiə Komitəsinin (YPG) bayraqları dalğalanır. Türkman kəndlərində isə Azad Suriya Ordusunun bayraqları var idi”, - yazar bildirir.

Serkan Ocak İŞİD bölgədəki hakimiyyətini getdikcə möhkəmləndirdiyini qeyd edir. Onun sözlərinə görə, İŞİD təxminən səkkiz ay əvvəl Azez qəsəbəsinin yaxınlığındakı bir kənddə olduğu halda, hazırda Azezi bütünlüklə ələ keçirib:

“İlk vaxtlar Kilis qarşısındakı bölgələrdə İŞİD ilə Azad Suriya Ordusuna bağlı qruplar arasında qarşıdurma yox idi. Ancaq ağır silahlara sahib İŞİD kənd-kənd irəliləməyə başladı. Türkman kəndlərini qoruyan Albaz briqadası ilə İŞİD arasında ilk qarşıdurma üç ay əvvəl başlayıb. İŞİD briqada komandiri Mahmud Hacı Həsənin evini qarət etdikdən sonra onsuz da gərgin olan mühit silahlı qarşıdurmaya çevrildi”.

“Gecə basqın etdilər. Təxminən 200 nəfərlik bir qrup idi. Təpənin ətrafını mühasirəyə almışdı. Biz köməyə gedə bilmədik. On əsgərin dördü yaralanmışdı və sursatları da qurtarmışdı. İŞİD “təslim olun, öldürməyəcəyik, biz də müsəlmanıq” dedi. İŞİD evin otaqlarından birini partlatdı. Sonra təslim oldular. Ancaq yaralı olan dörd nəfəri dərhal öldürdülər. Öldürülənlərin başlarını kəsib kəndə gətirdilər. Kənddə “bunlar kafirlərdir” dedilər. Əsirləri isə avtomobilin arxasına bağlayıb sürüdülər. Yalnız biri əllərindən xilas olmağı bacardı”, - hadisə şahidlərindən biri danışıb.

Başı kəsilənlərdən biri olan Daraye üç ildir ki, türkman kəndlərini mühafizə edirdi. İyirmi dörd yaşında idi və Albaz briqadasında vuruşurdu. Döyüşlərdən birində öldürülən Darayenin başı kəsildi və kəsik baş kəndlilərə ibrət olaraq göstərildi.

Çarmıxa çəkirlər

Serkan Ocaq qeyd edir ki, İŞİD son bir ayda öldürdükləri bəzi insanları kənd və şəhərlərə apararaq çarmıxa gərir. “Məqsədləri insanların gözünü qorxutmaqdır. On beş yaşındakı bir bir uşağı da çarmıxa çəkdilər. Müsəlmanlıqda belə bir şeymi varmı?”, - Mahmud Hacı Həsən deyir.

O, İŞİD-in heç bir zaman verdiyi sözünə əməl etmədiyini bildirir: “Onlara görə cihad zamanı aldatmaq olarmış. Hazırda əllərində bizim insanlarımız əsirdir. Əsirləri dəyişdirmək istəyirik. Ancaq güvənmirik. Çünki, dərhal öldürərlər. Bunların müsəlmanlıqla əlaqələri yoxdur. Dünyanın hər yerindən gələnlər var və kəşfiyyat məlumatları toplayır. Bəziləri isə qorxduğu üçün İŞİD-ə daxil olub. Hər kəsə kafir deyirlər. Bizə, Türkiyəyə, Rəcəb Tayyib Ərdoğana kafir deyirlər”.

“İŞİD bir kəndə girirsə, o kəndi boşaldırıq”, - Həsən deyir. O, pulu olnaların isə İstanbula getdiyini bildirir:

“Ailələrimizi Türkiyəyə qaçırdıq. Sabah nə olacağı bəlli deyil. Ailələrimizi Türkiyəyə aparsaq da düşərgələrdə yer yoxdur. Qaziantəp və Kilisdə kirayə evlər yoxdur. Pulu olanlar isə Ankara və İstanbula getirlər”.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR