• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

ABŞ-ın Türkiyədəki keçmiş səfiri: “O,Türkiyənin ikinci ən güclü adamıdır”

  • Dünya
  • 28 Yanvar 2014 10:32
  • 1 360 Baxış
ABŞ-ın Türkiyədəki keçmiş səfiri:  “O,Türkiyənin ikinci ən güclü adamıdır”

Xəbər verdiyimizi kimi, BBC Türkiyənin tanınmış din xadimi, Hazırda ABŞ-ın Pensilvaniay ştatında yaşayan Fəthullah Güləndən müsahibə dərc edib .

Qeyd eilir ki, Gülən dövlətə qarşı cinayətlərdə ittiham olunandan sonra ABŞ-a köçdü. Bu ittihamlar daha sonra ləğv olundu.BBC müsahibi haqda “Fəthullah Gülən - güclü, amma tərki-dünya ruhani” sərlövhəli təəssüratlarını yayımlayıb. Yazını ixtisarla təqdim edirik. “Fəthullah Gülən Türkiyənin ikinci ən güclü adamı adlandırılıb. O, həmçinin tərki-dünyadır, öz seçimi ilə ABŞ-da, sürgündə yaşayır.

Onun tərəfdarları ilə Türkiyənin baş naziri Rəcəb Təyyib Ərdoğanın tərəfdarları arasındakı güc mübarizəsi və nifrət indiyə qədər ən gərgin səviyyəyə çatıb.

1990-cı illərin sonunda ABŞ-a gələndən sonra indi 74 yaşı olan c Gülən bir dəfə də olsun televiziya üçün müsahibə verməyib. Media ilə əlaqə nadir hallarda, o da elektron poçt vasitəsilə baş verib.İndi isə BBC müsəlman ruhanidən eksklüziv müsahibə alıb. Onunla görüşmək üçün mən BBC Türkcə müxbiri Güney Yıldızla Pennsylvaniya ştatının ucqar hissəsinə getdim.

Müsahibə zamanı cənab Gülən deyib ki, Ərdoğanın AK Partiyasının yüksək çinli üzvləri barədə korrupsiya istintaqının başlanmasında rolu olmayıb.

Gülənlə müsahibədə ən yadda qalan iki an onun dediklərilə bağlı deyil.Birincisi müsahibə başlayandan az öncə, operatorumuz Maxine işıqları düzəldəndə baş verdi. Cənab Gülən əlini zəifcəsinə yelləyəndə bir kişi tələsib onun yanına gəldi - o qədər tələsirdi ki, ayağı xalçaya dolaşdı. O, cənab Gülənin şəxsi həkimi imiş.

Həkim pasientinin qan təzyiqini ölçüb, onun ağızına həb atdı. Bu proses müsahibə zamanı bir neçə dəfə təkrarlandı.

İkinci insident, tərcümələrə görə daha da uzun çəkən müsahibəmizin sonunda baş verdi. Cənab Gülən ayağa duran kimi yellənməyə başladı. Otaqdakı 13 müşavirindən biri onu çiyinindən tutub dikəltdi.

ABŞ-ın Türkiyədəki keçmiş səfiri Ceyms Cefrinin mənə dediyi kimi, Fəthullah Gülən Türkiyənin ikinci ən güclü adamı ola bilər - o, milyonlarla tərəfdarı olan, güclü məktəblərilə 150 ölkədə təmsil olunan müsəlman ruhanidir.

Amma cənab Gülənin öz fiziki bacarıqları görünür ki, azalır. Bizə verilən məlumata görə, onun bir sıra xroniki xəstəliyi, yuxarı tənəffüs yollarında problem var. Müsahibədən az öncə onun yaxın həmkarlarından biri mənə dedi ki, müsahibə az qala ləğv olunacaqdı.

Müsahibə zamanı o suallardan yayınırdı. Bu, ona görə təəccüblü idi ki, cənab Gülən bütün dünyada baş nazir Ərdoğanla güc və intiqam üçün ölüm-dirim savaşında tərəflərdən biri kimi tanınır.Birinci addımı atan hər kimdirsə fərqi yoxdur, son zamanlar Ərdoğan Fəthullah Gülənin Hizmet hərəkatını boğmağa çalışıb. Hərəkatın tərəfdarları və ya, onlardan bəzilərinin özlərinin daha çox bəyəndiyi ifadə ilə desək, "iştirakçıları" arasında korrupsiya istintaqına başçılıq edən polis zabitləri və prokurorlar da var. Ərdoğan onların işini "dövlət daxilində dövlətin" gördüyü iş kimi qiymətləndirib.

Bəs onda nə üçün c Gülən nəhayət BBC-nin onunla görüşməsinə razılaşdı?Müsahibədən sonra da onun niyyətinə tam aydınlıq gətirilmədi. Amma onun məsləhətçiləri dedilər ki, məqsəd bəzi yanlış anlaşılmaları düzəltmək idi. Gülən və Hizmet barədə mediada istifadə olunan sifətləri görəndə bunu anlamaq olar: "gizli" (Foreign Policy jurnalı), "müəmmalı" (The Economist), "qeyri-şəffaf" (Los Angeles Times), "hiyləgər" (Wikileaks teleqramları).

Beləliklə, evi bizə göstərmək üçün müsahibədən əvvəl və sonra vaxt ayrılmışdı. Gülənin kiçik yataq otağı evinin ölçüsünə görə daha da kiçik görünür.Bizə göstərdilər ki, Gülən tez-tez fotolarda göstərilən böyük kompleksdə deyil, ona bitişik daha kiçik binada yaşayır. Bizə onun ofisini və kiçik, bir adamlıq çarpayısı olan yatağını göstərdilər.

Nəhayət, Gülənlə görüşəndə onun narahatlığı gözə çarpırdı. Hərdən bir ağzının küncündə zəif bir təbəssüm görmək olardı.Daha tez-tez o, uzun cavablarının tərcümə olunmasını gözləyərkən, gözlərini yumub üzünü kresloya söykəyirdi. Onun üzündə istirahət deyil, ağrı görünürdü. Ola bilsin siyasi səbəblərə görə, ola da bilsin tibbi yorğunluğa görə görünür ki, o, baş nazirlə düşmənçiliyini daha da alovlandırmaq istəmirdi.

"Mən şəxsən susacağam, onların hərəkətlərinə cavab verməyəcəm", o deyir. Hizmet hərəkatının korrupsiya istintaqındakı iştirakı barədə o deyir ki, vəzifəsi aşağı salınan, işdən çıxarılan və ya başqa yerə təyin olunan polis və məhkəmə işlərinin bəziləri "bizə bağlı deyil".

"Bu addımlar, bizim hərəkatımızı olduğundan da böyük göstərmək üçün, adamları mövcud olmayan kabus təhlükədən qorxutmaq üçün atılıb".Bəs onda niyə bu qədər adam - iki tərəfdən müstəqil olan akademiklər, jurnalistlər, diplomatlar - inanmır ki, cənab Gülən Ərdoğanın müttəfiqlərinin mühasirəsinə göstəriş verməyib? Xüsusilə cənab Ərdoğan Türkiyədəki Hizmet məktəblərini bağlatdırmağa başlayandan sonra?

"Mümkün deyil ki, bu hakimlər və prokurorlar məndən göstəriş alsınlar. Mənim onlara aidiyyatım yoxdur. Onların heç 0.1 faizini tanımıram", o deyir.Amma istehza ilə əlavə edir: "Məhkəmə və polis işçilərinin vəzifəsi tələb etdiyi kimi onlar bu işi başlayıb, istintaqı həyata keçirib. Görünür ki onlara xəbəri çatdırmamışdılar ki, korrupsiya və rüşvət Türkiyədə daha cinayət sayılmır".

Vaxt var idi, bu ruhaninin mülayim islamçı yanaşması ilə Ərdoğanın başçılıq etdiyi AK Partiyasının mülayim islamçılığının ambisiyaları üst-üstə düşürdü.İndi isə eyni dərəcədə ziddiyyət əlamətləri var, məsələn Ərdoğanın silahlı kürd separatçılarla danışıqlar aparması barədə.

Gülən deyir ki, separatçıların həbsdə olan lideri Abdullah Ocalan "bizim kürd xalqı ilə gördüyümüz işlərdən narahat idi". Hizmet məktəbləri kürd ərazisində də açılmışdı."Onlar istəmirdilər ki, fəaliyyətimiz gəncləri dağlardakı döyüşçülərə qoşulmaqdan çəkindirsin. Onların siyasəti, kürd və türk xalqı arasında düşmənçiliyi qorumaqdır".Regionda məktəblərin təsis edilməsi və investisiyanın qoyulması "sülh prosesinə qarşı (addım) kimi dəyərləndirilirdi".

Bəs Türkiyə və İsrail arasında gərginliyin artması barədə? "Onlar bizi İsrailpərəst hərəkat kimi təsvir etmək istəyirlər, deyirlər ki, biz onlara öz xalqımızdan çox hörmət edirik. Biz onları xalq kimi, dünya xalqının bir hissəsi kimi qəbul edirik". Bu sitatlar, Gülənin bəzəkli ifadələrinin arasından seçilib; onun belə ifadələr işlətməsi barədə məni xəbərdar etmişdilər. Onun şagirdlərindən biri mənə demişdi ki, Gülənin nitqinin 15 faizi türkcə hazırda işlədilməyən ifadələrdən ibarətdir, "məsələn, müasir ingilis dilinin əvəzində Şekspir dili kimi".

Beləliklə, mən ondan açıq cavab almaq üçün açıq sual verdim. Siz, Gülən, bu ilki yerli seçkilər zamanı və daha sonra prezident seçkiləri zamanı Türkiyədə olsaydınız, kimə səs verərdiniz?"Mən bu barədə nəsə demək fikrində deyiləm", o deyir.

"Mən nəsə desəm, bunu deyərəm: kim haqq-hüquq qarşısında dik durursa, kim demokratiyaya sayğı edirsə, kimin ətrafdakılarla yaxşı münasibətləri varsa, qoy insanlar ona səs versinlər. Xalqa hansısa partiyaya səs ver demək və ya buna sövq etmək - bunu adamların o mövzudakı intellektlərinə, məntiqlərinə qarşı təhqir sayaram. Hamı hər şeyi aydın görür", cənab Gülən əlavə edir.Cavabının ortasında isə o, belə deyir: "Hətta bunu deməyə də hələ qərar verməmişəm".

Bundan sonra mən onun məsləhətçiləri-ardıcılları-iştirakçılarının bir neçəsindən soruşdum: Nə üçün cənab Gülən bu müsahibəyə razılaşdı? "Vəziyyəti bilavasitə izah etmək üçün" - onların cavabı belə oldu.Amma "bilavasitə", heç də "aydın" demək deyil.

İsmayıl

Xəbər lenti

DAHA ÇOX XƏBƏR