• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Avropa Kremlə növbəti zərbəni vurmağa hazırlaşır

  • Dünya
  • 9 İyul 2014 14:09
  • 645 Baxış
Avropa Kremlə növbəti zərbəni vurmağa hazırlaşır

Avropa İttifaqı (Aİ) Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyaya qarşı tətbiq etdiyi ikinci sanksiya paketini genişləndirəcək.

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, quruma üzv ölkələrin daimi nümayəndələr komitəsi qərarı bu gün qəbul etməyi planlaşdırır.

Xatırladaq ki, Aİ Rusiyaya qarşı ikinci sanksiyalar paketini aprel ayında tətbiq edib. Sənəddə 107 adamın adı yer alıb. Bura Rusiya qanunverici orqanlarının əməkdaşları, hökumət rəsmiləri, güc strukturlarının nümayəndələri, iş adamları və media holdinq rəhbərləri və jurnalistlər daxil edilib.

Ümumilikdə, sanksiyalara məruz qalan Rusiya vətəndaşları 5 qrupda yer alıb.


Birinci qrup - qanunverici orqanlarının əməkdaşları: Bura Federasiya Şurasının nümayəndələri daxildir.


İkinci qrup - hökumət rəsmiləri: Prezident Vladimir Putin istisna olmaqla baş nazir Dmitri Medvedev və xarici işlər naziri Sergey Lavrova qarşı sanksiya tətbiq edilib.

Üçüncü qrup - güc strukturlarının nümayəndələri: Bu qrupa Müdafiə nazirliyinin yüksək vəzifəli şəxsləri daxil edilib.

Dördüncü qrup – iş adamları: Bu qrupda konkret adlar çəkilmir.

Beşinci qrup - media holdinq rəhbərləri və jurnalistlər: “Qazprom media” şirkəti, “Rossiya”, “Russia today”, “Birinci kanal” və NTV telekanallarının yayımının Avropada dayandırılması nəzərdə tutulub. Bu qrupa 3 jurnalist daxil edilib. Bunlar Mixail Leontyev, İradə Zeynalova və Mixail Qusmandır.

Aİ Ukraynanın şərqindəki vəziyyətə görə, birmənalı olaraq Moskvanı ittiham edir və mütəmadi olaraq Rusiyanı sanksiyalarla hədələyir. Rusiya rəhbərliyi isə sanksiyaların ağır nəticələrinin birtərəfli olmayacağını bildirir.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR