“Moskvanın ikinci şərti Dağlıq Qarabağdır” – Şok iddia
Bizi izləyin

Dünya

“Moskvanın ikinci şərti Dağlıq Qarabağdır” – Şok iddia

Ermənistan Respublika Partiyası parlament fraksiyasının rəhbəri Vaqram Baqdasaryan ölkəsinin Avrasiya İqtisadi İttifaqına üzvlüyü üçün heç bir ilkin şərti qəbul etməyəcəyini bildirib.

Publika.az-ın verdiyi xəbərə görə, ermənilərin 1in.am saytı hakim partiya təmsilçisinin söylədiklərinin həqiqəti əks etdirmədiyini yazıb.

Sayt qeyd edir ki, Ermənistan faktiki olaraq, Avrasiya İttifaqına üzvlük üçün ilkin şərtləri qəbul edib: “Yerevan bu prosesdə faktiki olaraq ilkin şərti yerinə yetirib. Yəni Avropa İttifaqı ilə assosiasiya haqqında razılaşmadan imtina olunub. Bu ilkin şərt Ermənistan qarşısında bir tələb olaraq qoyulmuşdu və rəsmi Yerevan artıq bu tələbi yerinə yetirib”.

Yazıda Yerevan qarşısında qoyulan ikinci şərtin isə Dağlıq Qarabağla bağlı olduğu bildirilir: “Daha əhəmiyyətli ilkin şərt isə Qarabağdan imtina etmək və ya Qarabağ məsələsində Azərbaycana güzəştə getmək ola bilər. Artıq bilirik ki, Rusiya hazırda Ermənistan qarşısında belə bir şərt qoyub. Ancaq bu şərt ən azından bu gün Rusiyanın gündəliyində imperativ xarakterə malik deyil və Ermənistan ondan sakit şəkildə imtina edə bilər. Və bu baxımdan heç bir ilkin şərtin qəbul edilməyəcəyi barədə Ermənistanın lovğalığının heç bir əsası yoxdur”.

Erməni saytı bildirir ki, prezident Serj Sərkisyanın ötən ilin 3 sentyabrında Moskva səfərində verdiyi qərar təhlükəsizlik baxımından həm Ermənistan, həm də Qarabağ üçün ciddi problemlər doğurub.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm