Separatçılar partizan müharibəsində növbəti partlayış törətdi
Bizi izləyin

Dünya

Separatçılar partizan müharibəsində növbəti partlayış törətdi

Terrorçular Donetsk vilayətində dəmir yolu üstündəki keçidi partladıb.

Publika.az-ın unian.net saytına istinadən verdiyi məlumata görə, partlayış Kiyev-Xarkov-Doljanski xəttində baş verib.

Bu, son bir həftə ərzində Ukraynanın Donetsk vilayətində baş verən analoji hadisədir. Bundan əvvəl – 7 iyunda qatarla birlikdə dəmiryol körpüsü partladılmışdı. Qatar Slavyansk-Donetsk-Mariipol xətti ilə hərəkət edirdi.

27 iyun tarixində Donetsk vilayətinin dəmiryol xəttinin Oqorodnıy stansiyasında daxilolma işıqforu və istiqamət keçidi arasındakı dəmiryol körpüsündə iki partlayış baş vermişdi.

Bütün bunlar isə antiterror əməliyyatlarında böyük itkilər verən separatçıların partisan müharibəsinə keçdiyini göstərir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm