Sentyabrda NATO-nun Moskvaya qarşı planı açıqlanacaq
Bizi izləyin

Dünya

Sentyabrda NATO-nun Moskvaya qarşı planı açıqlanacaq

“Rusiya Ukraynada ikitərəfli oyun oynayır. Bir tərəfdən özünü sülhsevər ölkə kimi göstərir, digər tərəfdən isə separatçıları hərbi texnika ilə dəstəkləyir”.

Publika.az-ın verdiyi xəbərə görə, bu sözləri NATO-nun baş katibi Anders Foq Rasmussen “The New York Times” qəzetinə müsahibəsində deyib.

NATO-nun baş katibi bildirib ki, Rusiyanın Şərqi Ukraynada dağıdığı fəaliyyətini davam etdirəcəyinə şübhə yoxdur.

“Ukraynanın şərqində qanunsuz hərbi birləşmələr silahla, həmçinin təyyarələr və vertolyotların vurulması üçün istifadə olunan raket sistemləri ilə Rusiya tərəfindən təchiz edilir. Rusiyadan başqa bu silahları separatçılara kim verə bilərdi?”, - Rasmussen deyib.

O, əmin olduğunu bildirib ki, Rusiya prezidenti Vladimir Putin mülayim bəyanatları ilə yeni sanksiyalardan qaçmağa çalışır: “Səhv etmək lazım deyil, bu təmiz taktikadır. O, müdaxilə imkanını daim açıq saxlayır. İttifaq gələcəkdə hərbi potensialını atrıracaq. Rusiyaya qarşı dayanmaq üçün sentyabr ayında Uelsdə keçiriləcək sammitdə gələcək addımlarımızı müəyyənləşdirəcəyik. NATO istənilən çağırışlara qarşı durmağa hazırdır”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm