Rusiya birdəfəlik qış vaxtına keçir
Bizi izləyin

Dünya

Rusiya birdəfəlik qış vaxtına keçir

Rusiyanın Federasiya Şurası iyulun 9-da ölkənin qış vaxtına keçməsi ilə bağlı qanunu təsdiqləyib.

“Media forum” saytı xəbər verir ki, yeni qanunla bu il oktyabrın 26-dan Rusiyanın bir çox bölgələrində saatların əqrəbi bir saat geri çəkiləcək. Bundan sonra daha əqrəblərin irəli-geri çəkilməsi, yəni yay-qış vaxtlarına keçilməsi prosesi olmayacaq. Beləliklə, oktyabrın 26-dan qış vaxtına keçən Rusiya həmişəlik bu vaxtda qalacaq.

Rusiya yay-qış vaxtının tətbiqini 2011-ci ilin payızından dayandırıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm