Türkiyə bayrağını endirən intihar etdi
Bizi izləyin

Dünya

Türkiyə bayrağını endirən intihar etdi

İstanbulda Türk bayrağını endirən şəxs həbsxanada intihar edib.


ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Əli Uçqun "terror təşkilatını təbliğ etmək", "terror təşkilatına üzv olmamaqla təşkilatın tapşırığı ilə cinayət törətmək" və "Dövlət müstəqilliyinin rəmzi olan Türk bayrağını təhqir etmək" maddələri ilə şübhəli bilinirdi.


Qeyd edək ki, Əli Uçqun İstanbul Küçükköydə xəstəxana bağçasında Türkiyə bayrağını endirdikdən sonra polis idarəsi qarşısındakı bayrağı da endirməyə çalışarkən ayağından vurulmuşdu.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm