Dünya
İŞİD-in yeni hədəfi kürdlərdir – Şok iddia
Terrorçu qruplaşmanın yeni hədəfinin Suriyanın şimal-qərbində yerləşən Kobani şəhəri olduğu düşünülür.
Publika.az “Amerikanın Səsi”nə (VOA) istinadən xəbər verir ki, təxminən iki ildir suriyalı kürdlərin nəzarətində olan və kürdlərin Rojava olaraq adlandırdığı Kobaninin şimalındakı və şərqindəki kəndlərə İŞİD (İraq Şam İslam Dövləti) yaraqlıları günlərdir hücumlar edir. Buna görə Kobani kəndlərində yaşayan insanların YPG (PKK-nın Suriya qolu – red) terror təşkilatına sığındığı bildirilir.
YPG lideri Saleh Müslüm İŞİD-lə Türkiyə hökuməti arasında bir əlaqə olduğunu iddia edib: “İndi Kobanidə hücumların olduğu bölgəyə silah çatdırmaq asan deyil. Hücumların olduğu bölgəyə aparan bircə körpü var. Və yüzlərlə İŞİD-çi ağır silahları ilə dostlarımızın olduğu bölgəyə arxadan gəlir. Yəni ya Türkiyənin özündən (Kobani Türkiyə ilə həmsərhəd Suriya şəhəridir – red.), ya da Türkiyə torpağına girib oradan gəliblər. Çünki başqa yol yoxdur. Biz Türkiyə hökuməti içərisində bəzi qurumların bu qruplaşmalarla əlbir olduğunu düşünürük”.
Vüsal Tağı
-
İdman12:36
Görün ulduz futbolçuların xanımları hansı peşələrdə çalışırmış - FOTOLAR
-
Magazin112:01
Cavanşir Məmmədova gələn müəmmalı zəng: son sözü bu olub
-
Sosial11:28
Sabah 31 dərəcə isti olacaq
-
Magazin111:01
Aktyor xalq artistinə belə cavab verdi: "Bu, onun başı üçün deyil"
-
Magazin110:31
Faiq Brillianta gözlənilməz sözlər dedi: "Allah bircə balasını..." - VİDEO
-
MDB10:21
FTX 5 ildir izləyirmiş: Generalın həbsinin detalları
-
Dünya09:48
İlber Ortaylıdan üzücü xəbər
-
Nida Xəbər 09:06
Köçəryan sərhədin müəyyənləşməsi haqda: Ola bilsin ki, mübahisəli ərazilərdən...