Putinin üç variantı Moskvanı hara aparacaq? – Bjezinskinin proqnozları
Bizi izləyin

Dünya

Putinin üç variantı Moskvanı hara aparacaq? – Bjezinskinin proqnozları

“Rusiya prezidenti Vladimir Putinin hərəkətlərinin üç əsas variantı var”.

Publika.az-ın verdiyi xəbərə görə, bu sözləri ABŞ-ın keçmiş prezidenti Cimmi Karterin milli təhlükəsizlik üzrə məsləhətçisi Sbiqnev Bjezinski “Azadlıq radiosu”na bildirib.

Rusiya və Ukraynanı münaqişəni siyasi metodlarla həll etməyə çağıran nüfuzlu analitik qeyd edib ki, Moskva Ukraynaya qarşı hərbi güc istifadəsindən imtina etməlidir. Eyni zamanda o, xəbərdarlıq edib ki, istənilən başqa variantlar Rusiya üçün ciddi iqtisadi və siyasi nəticələrə gətirib çıxaracaq.

Z.Bjezinski hesab edir ki, Rusiya prezidenti Vladimir Putinin hərəkətlərin üç əsas variantı var.

“Birinci variant odur ki, Putin Ukraynanın müstəqilliyi və iqtisadi rifahına hücumları dayandıraraq onunla münasibətləri yoluna qoya bilər. Həmin vaxtda aydın şəkildə göstərilməlidir ki, Ukrayna NATO-ya üzvlüyə cəhd etməyəcək və Qərb bu məsələni müzakirə etməyəcək”, - Ağ Evin sabiq məsləhətçisi bildirir.

Bjezinski əlavə edir ki, Rusiya həmçinin Ukraynanın Avrasiya İttifaqının bir hissəsi olmayacağını anlamağa məcburdur.

Onun sözlərinə görə, ikinci variant Ukraynanın ayrı-ayrı regionlarında normal həyatın pozulmasına yönəlik hərbi müdaxilənin davam etdirilməsidir: “Əgər Putin bu yolla gedərsə, Qərb Ukraynanın müstəqilliyinin pozulmasının ağır nəticələrini hiss etdirmək üçün Rusiyaya qarşı uzunmüddətli sanksiyaları tətbiq etməli olacaq. Bu həmçinin Şərqi Avropanın iqtisadi cəhətdən geridə qalmış ölkələr üçün əlverişsiz olacaq”.

Üçüncü variant, Bjezinskinin fikrincə, Rusiyanın daha güclü hərbi potensialdan istifadə etməklə Ukraynaya müdaxiləsidir: “Bu, yalnız Qərbin cavab addımlarına deyil, həm də Ukrayna sərt müqavimətinə gətirib çıxaracaq. Əgər bu müqavimət uzunmüddətli və intensiv olarsa, o halda Ukrayna NATO üzvlərindən ən müxtəlif metodlarla dəstək tələb edəcək”.

“Kreml üçün üçüncü variantın nəticələri yalnız Ukraynanın 40 milyonluq əhalisində Rusiyaya qarşı daimi düşmənçiliyə səbəb olacaq, həm də Rusiyanın iqtisadi və siyasi baxımdan təcrid edilməsinə gətirib çıxaracaq”, - Bjezinski yekunlaşdırır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm