Putin BMT-yə getməkdən imtina etdi
Bizi izləyin

Dünya

Putin BMT-yə getməkdən imtina etdi

Rusiya prezidentinin köməkçisi Yuri Uşakov Vladimir Putinin BMT-nin Baş Məclisinin toplantısına qatılmayacağını açıqlayıb.

Axar.az xəbər verir ki, Uşakov Putinin sentyabrda Nyu Yorkda keçiriləcək toplantıya qatılıb-qatılmayacağı barədə verilən suala “Xeyr getməyəcək”, - deyə cavab verib.

Xatırladaq ki, daha öncə 2003 və 2005-ci illərdə BMT-nin ümumi iclaslarına qatılan Putin danışmaqdan imtina etmişdi.

2009-ci ildə isə yığıncağa dövlət başçısı Dmitri Medvedev qatılmışdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm