• USD 1,8311 0,00% EUR 1,9483 0,00%
    • GBP 2,2482 0,00% RUB 0,0308 0,00%

Maliki kürdləri hədələdi

  • Dünya
  • 9 İyul 2014 19:59
  • 444 Baxış
Maliki kürdləri hədələdi

Kürdlərin nəzarəti altında olan Ərbil İraq və Şam İslam Dövləti qruplaşmasının silahlılarının hərbi bazasına çevrilib.

Publika.az-ın məlumatına görə, bunu İraqın baş naziri Nuri Əl-Maliki bəyan edib.

Baş nazir İraq Kürdistan müxtar vilayətinin rəhbərliyini İŞİD silahlılarını öz ərazilərində gizlətməkdə ittiham edib.

“İraq və Şam İslam Dövləti və “Əl-Qaidə” Ərbildə əməliyyat hərbi bazalarını yerləşdirib. Biz buna göz yuma bilmərik”, - deyə Maliki İraq Kürdistan müxtar vilayətinin rəhbərliyinə xəbərdarlıq edib.

Qeyd edək ki, İŞİD İraqın şimal-qərb regionlarında, eyni zamanda Mosulda nəzarəti ələ alıb.

İraq ordusu hərbi əməliyyatlar keçirərək İŞİD-in ələ keçirdiyi bölgələri terrorçulardan geri almağa çalışır.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR