Putin ABŞ-a görə Kubanın borcunu sildirdi
Bizi izləyin

Dünya

Putin ABŞ-a görə Kubanın borcunu sildirdi

Rusiya parlamenti Kubanın Sovetlər Birliyi dövründən qalan 35,2 milyard dollarlıq borcun silinməsi ilə bağlı qərarı təsdiqləyib.

Axar.az xəbər verir ki, Parlament Kubanın borcunun 90 faizini silib, 10 faizini isə 10 il müddətinə ödəmək üçün vaxt verib. Bu ilin sonunda başlayacaq ödənişlər 2024-cü ilin sonunda bitəcək.

Sovetlər Birliyinin dağılmasından sonra Rusiya Kubadan borclarını ödəməsini istəmişdi. Ancaq Kuba rəhbərliyi məzənnə fərqini və digər səbəblər göstərərək bu günə qədər ödəniş etməyi rədd edib.

Rusiyanın ABŞ-ın iqtisadi embarqosu altında olan Kuba iqtisadiyyatına dəstək vermək üçün borclarını sildiyi bildirilir. Əldə edilən razılaşma ilə Rusiya və Kuba arasında ticarət əlaqələri və investisiyaların inkişaf etdirilməsi planlaşdırılır. İki ölkə arasında ümumi ticarət həcmi 200 milyon dollarla ən aşağı səviyyədə yer tutub. Rusiya enerji şirkətləri Kubaya investisiya yatırmağı planlaşdırır.

Kremlin mətbuat mərkəzi Rusiya Prezidenti Vladimir Putinin Kuba, Argentina və Braziliyaya bu ayın sonunda ziyarət edəcəyini bəyan edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm