Çindən Yaponiyaya təxribat
Bizi izləyin

Dünya

Çindən Yaponiyaya təxribat

Yaponiyanın Xarici İşlər naziri Fumiu Kişida Çin mətbuatının tərtib edib Tvitter sosial şəbəkəsində paylaşdığı xəritəyə etiraz edib.

Axar.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Çin mətbuat orqanı olan “Çonkinq Yanz Deyli” Yaponiyanın xəritəsini dərc edib və həmin xəritədə Xirosima və Naqasakinin olduğu ərazidə “Yaponiya yenidən müharibə istəyir” sözləri yazılıb.

Yaponiya Xarici İşlər naziri Fumiu Kişida da bu ifadəyə etiraz edərək belə açıqlama verib:


“Nüvə hücumlarına məruz qalan bir dövlətin Xarici İşlər naziri və bir Xirosima politoloqu kimi, mən bu məsələyə etinasız yanaşa bilməzdim”.

Nazir deyib ki, bu faktın ölkələr arasındakı münasibəti pisləşdirə biləcəyini deyib:


“Yaponiya ilə Çin arasındakı münasibət onsuz da 11 Sentyabr 2012-ci ildən sonra daha da pisləşib. Səbəb isə Çinin Diayo adalarına iddiasını hələ də davam etdirməsidir”.


Fumio Kişida sözlərinə bunları da əlavə edib: “Pekin iddia edir ki, ada 600 il əvvəl Çin imperatorluğuna məxsus olub. Lakin Yapon xəritələrində, sadəcə, 1783-1785-ci illərdə Diayo Çin ərazisi kimi qeyd edilib”.

Xatırladaq ki, ABŞ-ın 1945-ci ildə Xirosima və Naqasakiyə atdığı atom bombasından daha güclü nüvə silahları Rusiya, ABŞ, Çin, Pakistan, İngiltərə, və Şimali Koreya kimi ölkələrin arsenalındadır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm