• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Yanukoviçi devirən gizli əl odur - İDDİA

  • Dünya
  • 28 Yanvar 2014 11:14
  • 1 777 Baxış
Yanukoviçi devirən gizli əl odur - İDDİA

Ukrayna, Tailand və Braziliyadakı nümayişlərlə əlaqədar maraqlı bir detal ortaya çıxıb.Publika.Az –ın verdiyi xəbərə görə, Türkiyənin “Takvim” qəzeti xaosun səbəbinin Ukrayna lideri Viktor Yanukoviç, Tailand baş naziri Yinqlak Şinavatra və Braziliya prezidenti Dilma Rousseffin yəhudi Corc Sorosa müharibə açması olduğunu yazıb.

Qəzetin yazdığına görə, bu 3 ölkədə keçirilən nümayişlərlə Gəzi Parkı hadsələrindəki bənzərlik diqqətdən qaçmayıb. “Çadır, duran adam, maska, molotof kokteyleri və ağac Ukrayna, Tailand və Braziliyada xalqın hökumətə qarşı bir araya gəlməsini təmin etdi. Bu böyük çevriliş cəhdlərinin arxasından isə son dərəcə tanış bir ad çıxdı: Yəhudi əslli ABŞ-lı maliyyəçi Corc Soros”, - “Takvim” qeyd edir.

Dəfələrlə “Soros” Fondu ilə bağlı araşdırmalar aparan V.Yanukoviç Fondun bəzi nümayəndələrinə qarşı istintaq açdı. Eyni addımı keçən il Tailand baş naziri Şinavatra atdı. Şinavatra ölkəsindəki bəzi banklarla əlaqəsi olan Sorosun ağır maddi itkilər verməsinə səbəb oldu. O, bunun əvəzini də təxminən 8 aydır davam edən etiraz nümayişləri ilə ödədi. Beynəlxalq mütəxəssislərə görə, Şinavatranın hakimiyyətinin sonuna çox az qalıb. Braziliya prezidenti Dilma Rousseffin də “Soros” Fondunun ölkədəki fəaliyyətinə zərbə vurması xalqın Braziliyada 2014-cü ildə keçiriləcək futbol üzrə dünya çempionatına etiraz bəhanəsi ilə küçələrə çıxmasına səbəb oldu.

“Futbolla yatıb, futbolla qalxan bir ölkədə dünya çempionatına etiraz edilməsi əlbəttə kimsənin ağlına belə gəlməzdi. Braziliyalı siyasilərə görə, Soros, bu mesajla “Fondumla işiniz olmayın. Bunun əvəzi ağır olar” deyib. İddialara görə, Corc Sorosun yalnız Braziliyada 10-a yaxın nümayəndəliyi var. Bunların bir çoxunun rəhbəri braziliyalı olsa da əmrləri Sorosdan aldığı Dilma Rousseff tərəfindən sübuta yetirilib. İddialara görə, fondün nümayəndəlikləri ilə bağlı bəzi qanunlarda dəyişikliklər hazırlanıb”, - Türkiyə nəşri qeyd edir.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR