ABŞ prezidentinə hörmətsizlik
Bizi izləyin

Dünya

ABŞ prezidentinə hörmətsizlik

ABŞ prezidenti Barak Obama Texas səfəri öncəsi sürprizlə qarşılaşıb.

Publika.az-ın məlumatına görə, ştatın qubernatoru, Respublikaçılar Partiyasını təmsil edən Rik Perri Austin hava limanında dövlət başçısının qarşılamaqdan imtina edib.

Bunun səbəbini qubernator daha əhəmiyyətli işi olması ilə izah edib. Perri dövlət başçısını qarşılamaq ənənəsinə qarşı çıxaraq bildirib ki, daha vacib məsələlər bu ənənəyə imkan vermir.

Qeyd edək ki, Obama Rio Grande vadisində milli təhlükəsizlik sahəsində humanitar məsələlər və problemləri müzakirə etmək üçün Texasa getməyi planlaşdırır.

"Mən mühüm məsələləri müzakirə etmək üçün prezidentin Texas səfəri zamanı hər zaman onunla görüşməyə hazıram", - deyə qubernator Obamaya yazdığı məktubunda bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm