Xarkovda Rusiya konsulluğunu partlatmaq cəhdi
Bizi izləyin

Dünya

Xarkovda Rusiya konsulluğunu partlatmaq cəhdi

Naməlum kişi telefonla zəng edərək, Xarkovda yerləşən Rusiyanın Baş konsulluğunu partlatmaqla hədələyib.

ANS PRESS-in məlumatına görə, əgər Rusiyanın ərazisində saxlanmış Ukrayna vətəndaşı Nadejda Savçenko azadlığa buraxılmayacaqsa, anonim kişi terror aktını təşkil etməyə söz verib.

Zəng səhər saat 11 radələrində Baş konsulluğa daxil olub.

Bundan sonra hadisə yerinə milisin və operativ bölmələrin əməkdaşları gəliblər.

Həmçinin ekspertlər, partlayış mütəxəsisləri və kinoloq konsulluqda iş aparır.

Hazırda zəng edən kişinin axtarışları davam edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm