Nüvə bombası həyəcanı
Bizi izləyin

Dünya

Nüvə bombası həyəcanı

Suriyalı hakerlər İsrailə həyəcan yaşadıb.

Publika.az-ın məlumatına görə, özlərini "Suriya elektron ordusu" adlandıran qrup İsrailin "Haaretz" qəzetinin "Twitter" hesabını ələ keçirib və İsrailə 2 nüvə bombası atıldığı barədə tvit atıblar:

"Diqqət. İki nüvə raketi Dimona atılıb. Güclü radiasiya təhlükəsi var".

Daha sonra hakerlər "Yaşasın Fələstin" sözləri yazılmış başqa bir tvit atıblar.

İsrail qəzeti qısa müddət sonra "Twitter" hesabını geri ala bilib və izləyicilərindən üzr istəyib. "Bizim "Twitter" hesabımıza hücum olub. Biz bütün istiqamətlərdə terrorla mübarizə edəcəyik".

Haker hücumuna görə, "Suriya Elektron Ordusu" məsuliyyəti öz üzərinə götürüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm