Ekmeleddin İhsanoğlunun görüşündə İNSİDENT
Bizi izləyin

Dünya

Ekmeleddin İhsanoğlunun görüşündə İNSİDENT

Türkiyədə prezidentliyə namizəd Ekmeleddin İhsanoğlunun Ayvansarayda qatılacağı iftar yerində insident baş verib. Buna görə də İhsanoğlunun mühafizəçiləri havaya atəş açıb. Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, Ekmeleddin İhsanoğlu Eyüp ziyarətinin ardından, iftar üçün MHP-nin Fatih bölgəsindəki təşkilatının Ayvansaray Surdibindəki çadırına gəlib. Buradakı Hz. Kab Camisini gəzmək istəyib. Bu sırada İhsanoğlunun yanına yaxınlaşmaya çalışan insanları qoruma polislərinin uzaqlaşdırmaq istəməsində ciddi olay yaranıb. Araya MHP-lilərin girməsi nəticəsində İhsanoğlu maşınına minərək olay yerindən ayrılıb.

MHP-li Başkanı Mehmet Bülent, “Ekmeleddin Bey memurdan şikayetçi olacağını söylədi” deyib. Öz növbəsində Ekmeleddin İhsanoğlunun olayla bağlı açıqlaması yayılıb. O, açıqlamasında yaranmış olaydan təəssüf etdiyini qey edib: “Üzücü bir olay yaşandı. Ağız dadıyla iftar etmədən bölgədən ayrıldıq. Olay nə qədər ağır olsa da, kimsənin burnunun belə qanamaması bizi fərəhləndirdi”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm