Terrorçuların 20 min döyüşçüsü var
Bizi izləyin

Dünya

Terrorçuların 20 min döyüşçüsü var

Hazırda Donbas və Luqansk vilayətindən olan döyüçülərin birgə sayı 20 minə çatıb.

Axar.az-ın Rusiyanın "İTAR TASS" informasiya agentliyinə istinadən məlumatına görə, bu barədə qondarma Donbas Xalq Respublikasının xalq qubernatoru Pavel Qubaryev keçirdiyi brifinqdə deyib. Onun sözlərinə görə, ordu quruculuğu çətin bir proses olsa da, tərəfdaşları arasında koordinasiyalı dəstələr formalaşdırılıb, döyüşçülər bir-birini mükəmməl anlayır.

Qubaryev bildirib ki, yaxın vaxtlarda ordu quruculuğu tam başa çatacaq, kəşfiyyat, əks-kəşfiyyat strukturları yaradılacaq.

Separatçı təmsil elədiyi vilayətlərdə hərbi vəziyyətin elan olunub-olunmayacağı sualına birmənalı cavab verməkdə çətinlik çəkib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm