BMT-dən Fələstinlə bağlı çağırış
Bizi izləyin

Dünya

BMT-dən Fələstinlə bağlı çağırış

Pan Gi Mun BMT TŞ-ni İsrail və Fələstinlə bağlı təcili qərar qəbul etməyə çağırıb

"BMT Təhlükəsizlik Şurası İsrail və Fələstinlə bağlı təcili qərar qəbul etməlidir". Publika.az-ın məlumatına görə, bunu Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Pan Gi Mun deyib.

İyunun 12-də Qərbi Şəriyədə itən 3 yəhudinin 18 gün sonra ölü tapılması, Məhəmməd Əbu Hudayr adlı Fələstinli gəncin isə iyulun 2-də yəhudilər tərəfindən Qüdsdə səhər namazı üçün getdiyi məscidin qarşısından qaçırıldıqdan sonra diri diri yandırılaraq öldürülməsi İsrail ilə Fələstinin arasını yenidən qızışdırıb. İşin gedərək böyüməsinin qarşısını almaq məqsədilə BMT təcili hərəkətə keçməli olub.

"İsrailin baş naziri Netanyahu yaşadığı çətinliklərdən danışdı. Mümkün qədər dözməyə, hətta hücumlara cavab verməməyə çalışdıqlarını söylədi. Amma raketlər yağmağa davam etdiyi üçün cavab vermək məcburiyyətində qaldığını söylədi" - deyə BMT-nin baş katibi Pan Gi Mun bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm