• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

İsrail Fələstinə 400 ton bomba atıb, 68 nəfər ölüb

  • Dünya
  • 10 İyul 2014 09:50
  • 531 Baxış
İsrail Fələstinə 400 ton bomba atıb, 68 nəfər ölüb

Hafiz Hammad və ailəsindən aralarında iki qadın ilə iki uşağın olduğu 5 adam öldürülüb.

İsrailin Qəzzanın müxtəlif bölgələrinə 3 gündür təşkil etdiyi hava hücumlarında ölənlərin sayının 68-ə yüksəldiyi bildirildi.

Qəzzadakı Səhiyyə Nazirliyi sözçüsü Əşrəf əl-Kudra İsrailin Qəzzanın cənubundakı Xan Yunus şəhərinə təşkil etdiyi hücumlarda 8 fələstinlinin daha həyatını itirdiyini söylədi. Bu da bazar ertəsi günündən bu yana təşkil edilən hava hücumlarında ölənlərin sayını 68-ə, yaralıların sayını isə 479-a yüksəltdi.

Xatırladaq ki, əvvəlki gecə boyunca İsrail təyyarələri Qəzzada 160 hədəfi vurub. İsrail ordu rəsmiləri əməliyyatın başından bu yana Həmasa aid 430 binaya hücum edildiyini bildirir. Əvvəlki gecə Qəzzanın şimalındakı Beyt Hanunda bir evin vurulması nəticəsində İslami Cihad təşkilatı komandirlərindən Hafiz Hammad və ailəsindən aralarında iki qadın ilə iki uşağın olduğu 5 adam öldürülüb.

Qeyd edək ki, İsrail reaktivləri 2 gündə Qəzzaya təxminən 400 ton bomba atıb (ANSPRESS).

Xəbər lenti

DAHA ÇOX XƏBƏR