Vanda zabitlər linç ediləcəkdi – Video
Bizi izləyin

Dünya

Vanda zabitlər linç ediləcəkdi – Video

Vanda iki baş çavuş avtomobildə yüksək sürətlə küçədən keçmələri iddiası ilə linç olunacaqdı.

Publika.az “haberler.com”a istinadən xəbər verir ki, Van şəhərində şəxsiyyəti məlum olmayan iki baş çavuşun avtomobillə Hacıbəkir küçəsindən Respublika küçəsinə sürətlə keçdikləri iddia edilib.

Ətrafda olanlar isə etiraz edərək avtomobili yumruqlayıb və təpikləyiblər.

Maşını saxlayan baş çavuşlarla bu şəxslər arasında mübahisə yaşanıb. Lakin qısa zamanda ətrafa böyük bir kütlə yığılıb. Kütləni görüb çarəni silah çıxarmaqda görən hərbçilərə qarşı aqressiya daha da yüksəlib. Hərbçiləri kütlənin linç cəhdindən polis xilas edib.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm