Qayınanasına acıqlandı, 4 övladını güllələdi
Bizi izləyin

Dünya

Qayınanasına acıqlandı, 4 övladını güllələdi

ABŞ-da silahlı şəxs 6 nəfəri, o cümlədən özünün 4 övladını güllələyib.

Publika.az “Ria-Novosti”yə istinadən xəbər verir ki, hadisə Hyuston şəhərində baş verib.

Silahlanmış ailə başçısı evə girərək evdə olan 6 nəfərə atəş açıb. Sonra cinayətkar qayınanasının evinə gedərək onu öldürmək istəyib.

Polislər hadisə yerindən 5 kilometr aralıda qatilin izinə düşüblər. Həmin vaxt silahlı şəxs avtomobildə olub. Polislər zirehli maşınla onu əhatəyə alıblar. Bir neçə saat davam edən danışıqlardan sonra o təslim olub.

Xatırladaq ki, bu, son həftə ərzində Hyustonda ikinci silahlı insidentdir.

Dörd gün əvvəl “Lyu Briqz Roud” teatrında musiqi festivalı keçirilərkən silahlı şəxs atəş açmışdı. Festivalı izləməyə gələn 5 min tamaşaçı təşvişə düşüb çıxışda basabas yaratmış, nəticədə iki qadın ciddi xəsarət almışdı.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm