Dünya
İŞİD nüvə silahına yaxındır? – Bağdaddan SOS
“İraq Şam İslam Dövləti” (İŞİD) İraqın şimalında universitetdə elmi araşdırmalar üçün istifadə edilən nüvə materiallarını ələ keçirib.
Publika.az-ın lenta.ru saytına istinadən verdiyi məlumata görə, bu barədə İraq hakimiyyəti Birləşmiş Millətlər Təşkilatına (BMT) rəsmi məktub yazıb.
İraqın BMT-dəki daimi nümayəndəsi Məhəmməd Əli Əl-Hakim qurumun baş katibi Pan Gi Muna Mosul universitetində təxminən 40 kiloqram uran birləşməsinin saxlanıldığını bildirib. “Terror qruplaşmaları hakimiyyətin nəzarətindən çıxan obyektlərdə nüvə materiallarını əl keçirib. Bu kütləvi qırğın silahının istehsalında istifadə edilə bilər”,– məktubda deyilir.
Səfir terrorçular tərəfindən nüvə materiallarının istifadəsi təhlükəsinin qarşısını almaq üçün kömək edilməsini xahişi edib.
ABŞ-dakı bir mənbə isə bildirib ki, bu zənginləşdirilmiş uran deyil və ondan nüvə silahı üçün istifadə etmək çətindir.
Bundan əvvəl isə BM-yə İraqın paytaxtı Bağdadın şimal qərbindəki
kimyəvi silah zavodunun İŞİD tərəfindən ələ keçirildiyi barədə
məlumat verilib. Məlumatda İraq hökumətinin bölgədəki təhlükəsizlik
vəziyyətinin pisləşməsi səbəbiylə buradakı kimyəvi silahların məhv
etmə sözünü yerinə yetirə bilməyəcəyi qeyd edilib.
Səddam Hüseyn rejimi dövründən qalan kimyəvi zavodlarda müxtəlif
zəhərli kimyəvi maddələr və ya qalıqların olduğu parçalar olduğu
ifadə edilib.
Qeyd edək ki, Mosul və ətrafını sürətli bir şəkildə ələ keçirən və
Bağdadı təhdid edən İŞİD 29 İyunda İraqda xilafət dövləti qurduğunu
elan edib.
Ömər Dağlı
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK
-
MDB19 Aprel 21:50
95 yaşlı diplomat öldü
-
Nida Xəbər 19 Aprel 21:20
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi