Rus deputat: ”Vaşinqtonun məqsədi Putini məhv etməkdir”
Bizi izləyin

Dünya

Rus deputat: ”Vaşinqtonun məqsədi Putini məhv etməkdir”

“Qərb Ukraynaya güzəştli kreditlər verəcək, amma bu, Moskvaya hücum edəndən sonra baş verəcək”.

Publika az. “Ria-Novosti”yə istinadən xəbər verir ki, Rusiya Dövlət Dumasının üzvü Yevgeni Tarlosensasiyalı bəyanat verib.

O bildirib ki, Ukraynanın şərqində hərbi əməliyyatların dayandırılması üçün aparılan beynəlxalq danışıqlar nəticəsiz qalacaq: ”Bu, rus dövlətçiliyi ilə anqlosaks siyasətinin rəqabətidir. Biz ilk dəfə 1991-ci ildə məğlub olduq. İndi ikinci dəfə məğlub ola bilərik.

Donbası təmizləyən kimi Ukrayna əvvəl Krımın, sonra Moskvanın üzərinə gedəcək. Əgər hərbi əməliyyatdan imtina etsə, ABŞ indiki Ukrayna rəhbərliyini Haaqa tribunalına verəcək. Əsas məqsəd Moskvadır. ABŞ bütün dünyanı qorxuda saxlamaq istəyir.

Ukrayna bu münaqişədə tərəf deyil. Rusiya və ABŞ öz münasibətlərini ayırd edirlər. Vaşinqtonun məqsədi Putini məhv etməkdir”.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm