Moskvadan səslənən reallıq: “Beynəlxalq institutlar Azərbaycan üçün işləyir”
Bizi izləyin

Dünya

Moskvadan səslənən reallıq: “Beynəlxalq institutlar Azərbaycan üçün işləyir”

Moskvadan səslənən reallıq: “Beynəlxalq institutlar Azərbaycan üçün işləyir”

“Rusiya artıq gözüyumulu şəkildə Ermənistanı Avrasiya İqtisadi İttifaqa daxil etməyəcək”.

Publika.az-ın verdiyi xəbərə görə, bu sözləri erməni mətbuatına müsahibəsində rusiyalı hüquq müdafiəçisi Arbak Xaçatryan deyib.

Hüquq müdafiəçisi Ermənistanın Avrasiya İttifaqına üzvlüyünün dəfələrlə təxirə salınması ilə bağlı erməni jurnalsitin sualına cavab olaraq vəziyyətin hər keçən gün dəyişdiyini bildirib: “Hər şey çox tez dəyişir. Keçən ilin sentyabrında Moskvada Ermənistan prezidentini Avrasiya İttifaqına daxil olmaq üçün qərar verməyə məcbur etdilər. O zaman Putinə lazım idi ki, Ermənistanın ona aid olduğunu Avropaya göstərsin. Ancaq Ukrayna hadisələrindən sonra vəziyyət dəyişib. Hazırda Rusiya iqtisadi baxımdan öz regionlarını, həmçinin Krımı saxlamağa çətinlik çəkir”.

Arbak Xaçaturyan deyib ki, hazırda Azərbaycan Rusiya üçün daha əməmiyyətli rol oynayır: “Rusiya daha əvvəlki Rusiya deyil. O, Ukraynada ağır zərbə alıb. Bu amili nəzərə almamaq olmaz. Rusiya Ermənistanı daha gözüyumulu Avrasiya İttifaqına qəbul etməyəcək. Ermənistanın istədikləri daha indi mümkün deyil”.

Onun sözlərinə görə, Ermənistanın rəhbərliyindən artıq heç nə asılı deyil.

“Yalnız bir şeyi dəqiq bilirəm ki, Qarabağ münaqişəsindəki mövqeyinə görə, Ermənistan Avrasiya İttifaqına daxil ola bilmir. Fikrimcə, vəziyyət zamanla daha da pisləşəcək. Bu gün Rusiya üçün böyük problemlər yaranıb. Rusiya prezidenti bu problemləri bir kənara qoyaraq Ermənistanla məşğul olmayacaq. Anlamaq lazımdır ki, Minsk Qrupunun üç ölkəsi Azərbaycanla ticarət münasibətləri qurub, silah və neft-qaz müqavilələri imzalanıb. Onlar Ermənistan üçün bu maraqları tərk etməyəcəklər”.

Erməni hüquq müdafiəçisi Ermənistandan fərqli olaraq Azərbaycanın hazırda daha əlverişli mövqedə olduğunu bildirib. Onun sözlərinə görə, Azərbaycanın irəli sürdüyü tələblərin hətta 50 faizi yerinə yetirilərsə, Ermənistan ağır vəziyyətlə üzləşəcək.

“Bunu Allah eləməsin. Müxtəlif beynəlxalq institutlar Azərbaycan üçün işləyir. Azərbaycanın artıq güclü mövqeyi var. Ermənistan vasitəçilərsiz Azərbaycanla razılaşma şansını artıq itirib. Sentyabrın 3-də verilən qərar olmasaydı, Ermənistanda indi tamamilə başqa vəziyyət olardı. Avrasiya İttifaqının imkanlarına şübhə edirəm. Bu qurum hansı baza üzərində hərəkət edəcək? Çətin ki, Putin Ermənistan rəhbərliyinə verdiyi vədlərini həyata keçirə biləcək”, - hüquq müdafiəçisi deyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm