Döyüş təyyarələri separatçıların əllərinə keçdi
Bizi izləyin

Dünya

Döyüş təyyarələri separatçıların əllərinə keçdi

“Donetsk aeroportuna hücum edən separatçıların əlinə döyüş təyyarələri keçib”.

Publika.az xəbər verir ki, bu haqda ukraynalı blogger və jurnalist Denis Kazanski öz “Facebook” səhifəsində yazıb.

O bildirir ki, təyyarələr Donetsk aeroportuna Krımdan gətirilibmiş: ”Qanqaraldıcı xəbərlər almışıq. Donetsk aeroportundakı Ukrayna istehsalı olan “MİQ” və “SU” təyyarələri terrorçuların əlinə keçib. Hazırda təyyarələr separatçıların nəzarətində olan Mospino aeroportundadır. Terrorçuların arasında hələ ki təyyarə idarə edə bilən pilotlar yoxdur. Ancaq onlar bəyan ediblər ki, pilot tapılsa, hər uçuşa görə 8 min dollar verəcəklər. Çox güman ki, Rusiyada belə pilotlar tapılacaq”.

Denis Kazanski separatçıların Ukrayna şəhərlərinə aviahücumlar təşkil edəcəklərinə inanmadığını deyib. Ancaq bildirib ki, Ukrayna qoşunlarının dislokasiya olduğu ərazilərə zərbə endirə bilərlər.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm