Kürdlər Türkiyə sərhədində
Bizi izləyin

Dünya

Kürdlər Türkiyə sərhədində

Publika.az “haber3”ə istinadən xəbər verir ki, İraqda işğallara davam edən İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatı ələ keçirdiyi silahları Suriyaya aparır. Həmin silahlarla keçən həftə Kobaniyə genişmiqyaslı hücumlara başlayıb. Kobaninin ətrafındakı kəndləri artıq ələ keçirən yaraqlılar YPG terror təşkilatının mövqelərini atəşə tutub. Kobanidə yaşayan insanlar isə İŞİD-in şəhərə girməsindən ehtiyat edərək bölgəni tərk ediblər.

Xatırladaq ki, təxminən iki ildir, suriyalı kürdlərin nəzarətində olan və kürdlərin Rojava adlandırdığı Kobaninin şimalındakı və şərqindəki kəndlərə İŞİD (İraq Şam İslam Dövləti) yaraqlıları günlərdir hücum edirlər. Buna görə Kobani kəndlərində yaşayan insanların YPG (PKK-nın Suriya qolu – red.) terror təşkilatına sığındığı bildirilir.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm