Ermənistanda üsyan: Hökumət evinin qarşısı tutuldu – Video
Bizi izləyin

Dünya

Ermənistanda üsyan: Hökumət evinin qarşısı tutuldu – Video

18 aylıq əmək haqqını ala bilməyən “Nairit” zavodunun işçiləri Ermənistan hökumət evinin önündə kütləvi etiraz aksiyası keçiriblər.

Axar.az xəbər verir ki, etirazçı kütləni sakitləşdirmək üçün Baş nazir Ovik Abramyan onların önünə çıxıb. Zavodun işçiləri əmək haqları ödənmədən işləməyəcəklərini bildiriblər. Bundan əlavə, etiraz edən kütlə Ermənistanda verilən pensiyaların məbləğinin azlığından da şikayətləniblər.

Baş nazir Ovik Abramyan 20 nəfərlik bir qrupu danışıqlar üçün hökumət evinə dəvət edib. O, “Nairit” zavodunun taleyinin 15 sentyabrda müəyyənləşəcəyini bildirib.

Ovik Abramyan məsələnin tezliklə həll etməyə çalışacaqlarını söyləyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm