Gülənin istintaqı üçün xüsusi prokurorlar ayrıldı– SON DƏQİQƏ
Bizi izləyin

Dünya

Gülənin istintaqı üçün xüsusi prokurorlar ayrıldı– SON DƏQİQƏ

Fətullah Gülən və onun hərəkatının istintaqını 6 prokurordan ibarət komanda araşdıracaq.

Publika.az “Radikal”a istinadən xəbər verir ki, Fətullah Gülən və hərəkatına qarşı açılan istintaq işini araşdıracaq prokurorlar bəlli olub.

Prokuror Harun Kodalak, Vəli Dalğalı, Sərdar Coşğun, Durak Çətin, Alpər Türközəmən və Okan Özsoy istintaq işində ayrı-ayrı işləsələr də, sonradan onların sənədləri birləşdirib birgə araşdıracaqları bəlli olub.

Bununla bərabər, kəşfiyyat idarəsindən istintaqı Nihad Özən, İzzət Günər, Cahangir Ulusoy, Edip Vural, Yılmaz Tümüklü, Anıl Acar, Rəsul Qabadaş, Kərim Altıay, Nəcdət Köksal, KOM İdarəsindən (Qaçaqmalçılıq, kəşfiyyat hərəkatı idarəsi – red.) Sırrı Çəlik, Haşim Akçadağ, Nəsib Söyləməz, Ərkan Şanlı, Səlami Akkaya, Fazil Gültəkin, Yalçın Gənc, Məsud Turan, Özgür Ataklıç, Murad Çəlik, Ankara Terrorla mübarizə şöbəsindən Məhmət Sağlam, Hüseyn Dilək, Hüseyn Ağır adlı polislər aparır.

Xatırladaq ki, adlarını çəkdiyimiz hüquq-mühafizə orqanlarının əməkdaşları Gülən istintaqından kənar başqa heç bir iş görməyəcəklər.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm