• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Azərbaycan Rusiyanın ən unikal silahını ala bilər

  • Dünya
  • 10 İyul 2014 17:43
  • 676 Baxış
Azərbaycan Rusiyanın ən unikal silahını ala bilər

Rusiyanın "İskəndər-E" əməliyyat-taktiki raket kompleksləri ixrac üçün hazırdır, ancaq bunun üçün ilk öncə, dövlət qurumlarının razılığı lazımdır. Milli.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Belorusiyada keçirilən MİLEKS-2014 sərgisində Rusiya nümayəndə heyətinin rəhbəri Valeriy Varlamov jurnalistlərə bildirib.

"S-400 və "İskəndər-E" qurğuları digər ölkələrə satıla bilər, ancaq bunun üçün dövlət qurumlarının qərarı lazımdır. Prezidentin və hökumətin qərarı olarsa, istənilən ölkəyə ixrac edə bilərik", - o deyib.

Bir neçə il əvvəl Rusiyanın müdafiə naziri bildirmişdi ki, 2015-ci ilə qədər S-400 qurğuları yalnız Rusiyanın maraqları üçün istifadə olunacaq. Rusiya özünü sözügedən silahla tam etdikdən sonra ən yaxın müttəfiqləri olan Belarusiya və Qazaxıstan da bu silahları əldə edə bilərlər.

"İskəndər" raketlərinə gəlincə isə, bu barədə heç vaxt bəyanat verilməmişdi.

"İskəndər" raketləri Rusiyanın quru qoşunlarının ən güclü zərbə kompleksidir. Bu komplekslərin döyüş başlıqları düşmənin qoşun bölmələrindən ən dərin komanda mərkəzlərinə qədər zərbələr endirərək hədəfi məhv etmək gücündədir. Raketlər nüvə başlıqları da daşıya bilirlər. Kompleksin sınaqları 2007-ci ildə başa çatıb. İxrac olunan "İskəndər-E" raketləri iki deyil, bir atəş qurğusuna yerləşdirilib.

Bu raketlərin indiyə qədər dünyada ən güclü qurğular olduğu deyilir. Dünyada mövcud olan heç bir hava hücumundan müdafiə kompleksi bu "İskəndər" raketlərinin qarşısını almaq gücündə deyil.

Qeyd edək ki, Azərbaycan da zamanla Rusiyanın istehsal etdiyi bu cür komplekslərə maraq göstərir. 2011-ci ildə ölkəmiz Rusiyadan S-300 zenit-raket kompleksləri alıb. Elə həmin il keçirilən hərbi paradda nümayiş olunub. Bütün bunları nəzərə aldıqda, Azərbaycanın da həmin komplekslərə maraq göstərəcəyi istisna olunmur.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR