Əsədin idmançı qətliamı: 217 ölü, 345 şikəst
Bizi izləyin

Dünya

Əsədin idmançı qətliamı: 217 ölü, 345 şikəst

Suriyada artıq dördüncü ildir ki, davam edən vətəndaş qırğınında Əsədin ordusu bu dəfə idmançıları öldürüb.

Publika.az “Axşam”a istinadən xəbər verir ki, dörd ildir ki, Suriyanın davam edən vətəndaş qırğınında yeni qurbanlar var. Belə ki, Əsədin ordusu tərəfindən təşkil edilən hücumda 217 idmançı ölüb, 345 idmançı şikəst qalıb.

Suriya İnsan Hüquqları Təşkilatı (SNHR) 2014 FİFA Dünya Çempionatının keçirildiyi bu günlərdə yayımladığı hesabata görə, Suriyada şiddətli hadisələrin başlamasından indiyədək 114 hava və quru hücumlarında 217 idmançı həlak olub. Əsədə tabe ordu isə müxaliflərə qarşı təşkil etdiyi hücumlar və ya həbsxanalarda məruz qaldığı işgəncələrə nəticəsində 345 idmançı şikəst qalıb.

Həmçinin hesabatda bunlar deyilib: “Rejimə müxalif olduğu və ya Əsədi dəstəkləməyi rədd etdiyi üçün 185 idmançı həbs olunub, onlardan 34-ü hələ də həbsdədir. Həbsxanalara düşən yüzlərlə idmançı məruz qaldığı işkəncələrə görə şikəst qalıb və onlardan 6-sı ölüb. Fərqli idman növləri ilə məşğul olan 47 idmançı isə saxlanıldıqları polis bölmələrində müxtəlif işgəncələrə məruz qalır”.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm