Vatikan İŞİD-ə cavab verdi
Bizi izləyin

Dünya

Vatikan İŞİD-ə cavab verdi

Vatikan “İraq Şam İslam Dövləti” (İŞİD) terror təşkilatının lideri Əbu Bəkr Əl-Bağdadinin özünü xəlifə elan etməsinə münasibət bildirib.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, Vatikanın İraq və İordaniya nümayəndəsi, baş yepiskop Giorgio Lingua “artıq orta əsrlərdə deyilik və insanlar bunun fərqindədir. Bu fikir müvəffəqiyyətsiz olacaq” deyib.

İtaliyanın “La Repubblica” qəzetinə müsahibə verən baş yepiskop özlərini İŞİD qarşısında təhdid altında hiss etmədiklərini söyləyib.

“Əslinə baxsanız, bu xəbərə əsla əhəmiyyət vermədim. Bu xəbər mənə ciddi hesab olunacaq ifadələrdən daha çox, təhrikedici bir zarafat kimi gəldi”, - 54 yaşlı italyan din adamı vurğulayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm